- Baxış sayı: 12
- 22 Noyabr 2024 10:00
- Baxış sayı: 52
- Noyabr 21, 2024
- 0
“Spartak” klubu azərbaycanlı futbolçusu Ayaz Quliyevi cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “qladiatorlar”ın məşqinə gedərkən yolda bir nəfərlə mübahisə edib və ona fiziki güc tətbiq edərək burnunu qırıb. Həmin şəxs isə ABŞ vətəndaşı olub.
Sonradan tərəflər öz aralarında razılığa gəlib, xoşluqla ayrılsalar da, məsələdən xəbər tutan “Spartak” rəhbərliyi Ayazı cəzalandırıb. Klub, istənilən zorakılıq hallarını pisləyərək, həmyerlimizin bu davranışının yolverilməz olduğunu bəyan edib. Ayaz Quliyev isə açıqlama verərək, üzr istəyib.