- Baxış sayı: 36
- 29 Mart 2026 14:51
- Baxış sayı: 121
- Mart 29, 2026
- 0
Portuqaliya Sequnda liqasında 16-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun formasını geyindiyi “Sportinq B” doğma meydanda “Penafiel”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu matçda uduzub (1:2). Həmyerlimiz görüşə start heyətdə başlayıb və hesab 1:1 olarkən, 64-cü dəqiqədə əvəzlənib. 29-cu dəqiqədə o, sarı vərəqə ilə cəzalanıb.
Lissabon təmsilçisi 24 xalla 22 kollektiv arasında 7-ci yerdədir.