- Baxış sayı: 158
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 158
- Dekabr 05, 2025
- 0

“Qarabağ”ın Avropa liqasının qrupunda keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu səfərdə Portuqaliya “Sportinq”i ilə qarşılaşacaq. UEFA bu görüşü Fransadan olan referilərə həvalə edib.
Görüşün baş hakimi Fransua Leteksiyedir. Ona yan xətlərdə Kiril Munye və Mehdi Rahmoni kömək edəcəklər. Qapı arxasında Frank Şneyderlə Kərim Abed dayanacaqlar. 6-cü hakim funksiyasını Bertrand Juanno yerinə yetirəcək.
Sentyabrın 20-də Lissabondakı “Joze Alvalade” stadionunda matç saat 23:00-da başlayacaq.