- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Portuqaliyanın “Sportinq” klubu 5-ci turda “Qarabağ”la oyuna paytaxta 18 futbolçu ilə yollanır. Allsport.az saytı xəbər verir ki, qərib baş məşqçi Marsel Kayzer bu görüşdə 11 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Rodriqo Battalya və Stefan Ristovski zədəli olduqları üçün matçı buraxacaqsa, Fredi Montero və Rafinya tam hazır deyillər.
Bundan savayı, 4-cü turda “Arsenal”la qolsuz heç-heçə olan oyunda Markos Xavyer Akunya və Jeremi Matye cəzalı duruma düşüb. Üstəlik, “aslanlar”ın keçmiş baş məşqçisi Joze Pezeyru Bruno Sezar, Marselo Ferreyra, Luk Kastanyos, Lumor Aqbenyenu və Yosip Mişiç kimi futbolçuları Avropa liqasının iştirak ərizəsinə daxil etməyib.
“Qarabağ” – “Sportinq” matçı noyabrın 29-da Bakı olimpiya stadionunda saat 21:55-də başlayacaq.