FOTO
SSRİ əfsanəsinin gözəl qızı İspaniyanı şölələndirir

1999-cu ilin iyununda SSRİ və Rusiya yığmalarının məşhur futbolçusu Aleksandr Mostovoy və onun fransalı həyat yoldaşı Stefaninin qız övladı olmuşdu. Allsport.az xəbər verir ki, Emma o vaxt atasının oynadığı İspaniyanın Viqo şəhərində anadan olub. Şübhəsiz ki, rus futbolunun əfsanəsinin bir qızı olduğunu bilirdiniz. Ancaq onun nə qədər gözəl olduğunu təxmin etməmisiniz.

Emmanın artıq 23 yaşı var! “Sən mənim gözəlimsən, ağıllı və sevimli şahzadəm. Həyatında hər şey əla olsun, zəngin, xoşbəxt yaşa və həyatda inamla addımla. Daha tez-tez gülümsə, həyatdan həzz al, sevdiklərini dəyərini bil. Həyatında mümkün qədər çox müsbət anlar və uğurlar olsun. Yarat, sev və inkişaf etdir! Mənim ürəyim, canım!” – deyə keçən yay Mostovoy ad günü münasibətilə qızını təbrik etmişdi.

İndi Emma Viqoda deyil, İspaniyanın başqa bir şəhərində – Marbellada yaşayır. Görünür, buna görə də onun çimərlik paltarlarında fotoşəkillərə olan sevgisi buradan irəli gəlir.

Emma sosial şəbəkələrdəki profil təsvirində qeyd edib: 🇷🇺, 🇪🇸 🇫🇷. Çünki bu qız özünü 3 ölkə ilə əlaqələndirir: Rusiya (atanın vətəni), İspaniya (doğulduğu yer) və Fransa (ananın vətəni).

Emma Avropada yaşamasına baxmayaraq, atasının ana dilini – rus dilini də unutmur.

Rus-ispan-fransız gözəli fitnes həvəskarıdır. Bunu onun gözəl bədn quruluşuna baxanda başa düşmək asandır.

Bundan əlavə, Emma səyahət etməyi sevir. O, sosial şəbəkələrdə tez-tez tropik ölkələrdən fotoşəkilləri abunəçiləri ilə paylaşır.

Həmin kateqoriyadan