- Baxış sayı: 0
- 25 Noyabr 2024 16:53
- Baxış sayı: 32
- Noyabr 25, 2024
- 0
Noyabrın 28-ində “Nizami” kino mərkəzdində hazırda ölkəmizin ən uğurlu məşqçilərindən sayılan Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmi nümayiş olunub. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliynin dəstəyi ilə hazırlanan idman dramı, səbəbkarın XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və çempionlar liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.
Tədbirdə idman naziri Fərid Qayıbov və müavini Mariana Vasilyeva da iştirak ediblər. Təqdimatın gedişində onlar arxa sıralarda yer alıblar. GİN-in yeni qərəzli rəhbərliyi özlərini sadə kimi də göstərməyə çalışsalar da (görüntü yaratmaq üzrə peşəkarlar), protokol qaydasına görə yüksək çinli dövlət məmurları ən ön cərgədə əyləşməlidirlər. Əldə etdiyimiz bilgiyə əsasən, nazirlikdə bununla məşğul olan konkret şəxslər yoxdur. Bu üzdən, bəzi əksər hallarda protokol qaydası pozulur, Fərid Qayıbovun çıxışında yanlış məlumatlar yer alır.
Filmin çəkilişi ictimaiyyətdə birmənalı qarşılanmasa da, tədbirin təşkilatçılığı və mühafizəsi yüksək səviyyədə olub, xeyli maliyyə sərf edilib. Girişə uzun qırmızı xalı döşənib, “Hollivud”da “Oskar” mükafatlandırmasında bənzər tərtibat yaradılıb, cəlbedici və gözəl görünüşlü hündür boylu qızlar gələnləri bir-bir təbəssümlə salamlayıb. Qonaqlar zala daxil olanadək, mərhələli yoxlamadan keçiblər. Keşikçilər “Qarabağ”ın bəzi futbolçularını tanımayaraq, içəri buraxmayıblar. Yuxarıdan bildiriş gələndən sonra, onlar kinoteatra daxil ola biliblər.