“Stadionlara çox az tamaşaçı gəlir”

“Qarabağ”ının rusiyalı qapıçısı Andrey Lunyov klub haqda danışıb.

Allsport.az xəbər verir ki, o, ölkə çempionatının maraqsız keçdiyini vurğulayıb:

“Azərbaycan çempionatı 10 komandanın iştirak etdiyi turnirdir. Dörd dövr oynayırıq. Düzünü desəm, yaxşı tərəfə təəccübləndim, mənə demişdilər ki, burada avrokuboklar olanda əylənirsən, amma onlar bitən kimi, bu, çətindir.

Atmosfer, belə demək mümkünsə, məyusedicidir: stadionlara çox az tamaşaçı gəlir. Elə bil, rəsmi oyun deyil, bir növ yoldaşlıq oyunu keçiririk”.

Həmin kateqoriyadan