Stanislav Çerçesov: “Qarabağ” çempionlar liqasında çex klubundan güclü idi

Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi Stanislav Çerçesov, yenə çempionlar liqasının 3-cü ələməsində “Qarabağ”la oyunlarda uğursuz olmalarına (1:1, 1:3) toxunub. Allsport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis pley-ofda Azərbaycan komandasının çex “Viktoriya”sından güclü olduğunu deyib:

“Bir büdrəmə, bir uğursuz gün, ötürmə, yanlış fitlə hər şey bitə bilər. “Qarabağ”la evdə oyunda da belə alındı. Matçın əvvəlində bizim qapıdan uzaqlaşmaqda olan topu rəqib hücumçuya ötürmə ilə demək olar ki, özümüzə qol vurduq. Təkbətək və artıq 5-ci dəqiqədə hesab 0:1 oldu. Səfərdə keyfiyyətli futbol oynayıb, 1:1 hesablı heç-heçəyə nail olmuşduq. Evdə isə belə başladıq və vəziyyəti dəyişməyi bacarmadıq.

Yeri gəlmişkən, “Qarabağ” çempionlar liqasının pley-offunda “Viktoriya”dan da yaxşı idi. Rəqibin qapıçısı bizimlə oyunda yüksəlişdə idi və hər topu tuturdusa, orada fərqli alındı. Azərbaycan çempionu rəqibdən güclü oynadı, amma çempionlar liqasının qrupuna düşə bilmədi. “Qarabağ” ənənələrə malik və səviyyəli komandadır”.

“Ferentsvaroş” Avropa liqasının qrup mərhələsində ımübarizəni davam etdirir.

Həmin kateqoriyadan