- Baxış sayı: 22
- 31 Mart 2026 11:06
- Baxış sayı: 599
- Mart 30, 2026
- 0

Türkiyə millisinin yeni baş məşqçisi Ştefan Kunts yığmaya təyinatı haqqında fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, 59 yaşlı mütəxəssis təqdimat mərasimində deyib:
“Norveçlə DÇ-2022-nin seçmə oyununa sürətlə hazırlaşacağıq. Bütün diqqəti oyunumuza yönəldəcəyik”.
Kunts Türkiyə futbol federasiyasının icraiyyə komitəsinin üzvü və Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun onunla əlaqə saxladığını bildirib: “Bunun üçün qurur duydum. Məşhur və uğurlu türkiyəli baş məşqçinin ardından bu posta gəldiyim üçün xoşbəxtəm. İşin böyük hissəsi bundan sonra başlayır”.
Kunts ilə 3 illik müqavilə imzalanıb.