- Baxış sayı: 50
- 12 Mart 2026 15:27
- Baxış sayı: 110
- Mart 13, 2026
- 0

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenko İsrail çempionatının qalibi olub.
Allsport.az xəbər verir ki, hücumçu “Makkabi Aşdod” klubunun heyətində çempion adını qazanıb. Voleybolçunun komandası finalın hər üç qarşılaşmasında rəqibi “Hapoel Kfar Saba” klubunu məğlub edərək titula sahib çıxıb.