Stiven Devis: Azərbaycanla oyuna yüksək ovqatda yollanmaq istəyirik

Dünya Kuboku-2018-in seçmə ələməsində iyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda millimizin qonağı olacaq Şimali İrlandiya yoldaşlıq görüşü keçirəcək. Allsport.az saytı xəbər verir ki, rəqibimiz bu gün Yeni Zelandiyanı sınağa çəkəcək. Britaniyalıların kapitanı Stiven Devis Bakı səfərindən öncə bunu deyib:

“Millinin düşərgəsində tez-tez olmuruq. Yığmaya qoşulanda da əlimizdən gələni edirik. “Vindzor Park”da yaxşı atmosfer olacağını gözləyirəm. Bizi Azərbaycanla çətin səfər oyunu gözləyir. Azərbaycanla görüşdən əvvəl Yeni Zelandiya ilə oyunda qalib gəlmək bizim üçün yaxşı stimul ola bilər”.

Həmin kateqoriyadan