- Baxış sayı: 46
- 08 Aprel 2026 22:44
- Baxış sayı: 62
- Aprel 09, 2026
- 0

Stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin rekordlar kitabı”na yazdırmaq niyyətindədir.
Allsport.az saytı xəbər verir ki, seçməmizin üzvü aprelin 12-si saat 19:00-da “Şüa” idman kompleksində mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə çalışacaq.
Bu rekord hazırda türkiyəli Osman Gürcüyə məxsusdur (16.70). Təmsilçimiz eyni hərəkəti 17 metr məsafədən həyata keçirməyi planlaşdırır.