- Baxış sayı: 89
- 06 Noyabr 2026 11:16
- Baxış sayı: 305
- Noyabr 09, 2026
- 0

İslam həmrəyliyi oyunlarında iştirak edəcək stolüstü tennisçilər bu gün yarışın təşkil olunduğu Səudiyyə Ərəbistanına yola düşüblər. Allsport.az xəbər verir ki, Ər-Riyad sınaqlarında seçmə komandanın 6 idmançısı mübarizə aparacaq. Sayca 6-cı olan oyunlarda Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə bacarığını göstərəcək. Stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.