- Baxış sayı: 89
- 06 Noyabr 2026 11:16
- Baxış sayı: 306
- Noyabr 09, 2026
- 0

Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam həmrəyliyi oyunlarında uğurla çıxış edirlər.
Allsport.az xəbər verir ki, yarışların ilk günündə Uqanda seçməsinə qalib gələn (8-2) Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda bu gün Pakistan idmançılarını məğlubiyyətə uğradıb (8-3). Stolüstü tennisçilər bu nəticə ilə qrup lideri kimi 1/4 finala adlayıblar. Növbəti mərhələdə rəqib Maldiv seçməsi olacaq.