- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Parisdə FİA-nın prezidenti Jan Todtun və çempionatın icraçı direktoru Çeyz Kerinin və komanda nümayəndələrinin iştirakı ilə strateji işçi qrupun və f1 komissiyasının toplantısı keçirilib. Allsport.az saytı xəbər verir ki, yığıncaqda bəzi vacib məsələlər müzakirə olunub və sonda hər iki reqlamentə müəyyən dəyişikliklər qəbul edilib. Amma dəyişikliklər əvvəlcə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasında təsdiq olunmalıdır.
F-1.az qəbul olunan dəyişikliklərdən yazıb:
Bu ildən maşınların motor qapağında peyda olan üzgəclər və T-qanadlar 2018-ci ildən qadağan olunacaq;
Motor yağının yanacaq qismində daxili yanma mühərriyinə düşməsinin qarşısı alınacaq, həftəsonunun gedişində yalnız eyni yağ növündən istifadə olunacaq;
“Pirelli”yə icazə verilib ki, 2018-ci ilin yağış təkərlərini builki maşınlarla test etsin;
Əgər yarış qırmızı bayraqlarla dayandırılarsa, onda restart start düzlüyündən veriləcək;
Sürücünün başının müdafiəsi üçün bir çox təkliflər araşdırıldıqdan sonra ekran tipli “Qalxan” sistemi məqbul hesab edilib, mövsümün gedişində sistem bütün komandalarda hər iki sürücü tərəfindən test ediləcək;
İspaniya qran-prisindən başlayaraq, komandalar sürücülərin soyadlarını və nömrələrini maşın üzərində daha aydın yazmalı olacaqlar;
Strateji işçi qrupun üzvü olmayan komandaların nümayəndələri də növbəti toplantılarda iştirak etməklə müzakirələrə qatılacaqlar.