- Baxış sayı: 14
- 26 Noyabr 2024 20:23
- Baxış sayı: 44
- Noyabr 26, 2024
- 0
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan futbolçularını qonaq edəcək Şimali İrlandiya millisi daha bir itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, müdafiəçi Stüart Dallas “ay-ulduzlular”ımızla oyunu buraxmalı olacaq.
İngiltərənin “Lids Yunayted” klubunun futbolçusu oktyabrdan bəri zədə səbəbindən oynamayıb. Baş məşqçi buna baxmayaraq, onu millinin heyətinə dəvət edib. Amma bu futbolçunun meydana çıxması sual altındadır.
Qeyd edək ki, daha öncə Ceymi Uordun yığmamıza qarşı forma geyinməyəcəyi dəqiqləşmişdi. Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 11-də Belfastın “Uindzor Park”ında keçiriləcək və saat 23:45-də başlayacaq.