- Baxış sayı: 84
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Serbiya Super Liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Spartak Subotiça” ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Branimir matçın 63-cü dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, “OFK Belqrad” hazırda 9 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.