- Baxış sayı: 99
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Allsport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov, premyer liqanın 9-cu turunun “Sabah”la (1:1) görüşündən sonra mətbuat konfransında oyun haqda öz fikrini bölüşüb:
“Çətin oyun oldu. Birinci hissədə daha çox topsuz qaldıq. Bununla da ikinci hissə üçün işimizi gördük. Fasilədən sonra isə daha çox əks-hucumlar qurmağa və qol vurmağa çalışdıq. Səfərdə oynadığımızı da nəzərə alsaq, nəticə qənaətbəxş oldu.
Adətən rəqib komanda hesabı bərabərləşdirdikdən sonra müəyyən psixoloji üstünlük qazanır. Yenidən əvvəlki duruma qayıtmaq üçün 2-3 dəqiqə vaxt lazım olur. Bizdə də “Sabah” qol vurduqdan sonra belə hal yaşandı. Şükürlər olsun ki, 1 xal qazandıq və xal ehtiyatımızı artırdıq”.