- Baxış sayı: 67
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

Keçmiş Formula1 pilotu Mixael Şumaxerin beyin cərrahı Filip Menaşe dünya çempionunun vəziyyəti barədə açıqlama verib.
Allsport.az xəbər verir ki, həkim müalicə edilən Şumaxerin əvvəlki vəziyyətə qayıtmayacağını deyib: “Şumaxerin qəzasından 6 il keçib. Sağalsa, çox şeyin dəyişəcəyi qaçılmazdır. Beyin travması alanda onurğa sistemində pozulma baş verib. Şumaxerin vəziyyətini hər tərəfdən nəzərə almaq lazımdır. Təkcə beyin travmasının ağırlaşması kimi dəyərləndirmək olmaz”.
7 dəfə dünya çempionu olmuş 50 yaşlı pilot 2013-cü ildə Alp dağlarında kirşə sürərəkən qəzaya uğrayıb və başından ağır zədə alıb.