- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
7-qat Formula1 çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer hədəflərindən danışıb.
Allsport.az xəbər verir ki, 20 yaşlı yürüşçü 2021-ci ildə Formula1-in pilotu olmaq istədiyini bildirib:
“Əminəm ki, Formula1 mənim təsəvvür etdiyimdən fərqlənir. Orada daha çox resurs var, daha çox hazırlaşmaq, texnika üzərində daha çox işləmək, tez-tez mexaniklərə müraciət etmək lazımdır. 2021-ci ildə Formula1-ə qatıla bilsəm, üstünlüyüm olacaq, çünki mövsüm ərzində 18 düymlük təkərləri olan maşında pilot olacağam. Hədəfim Formula1-dir. Odur ki, 2020-ci ildə Formula2 çempionu olmalıyam”.
Mik atası Mixael Şumaxer baradə də danışıb: “O, Formula1 tarixində ən yaxşı pilotdur. O, həmişə ən yaxşı olaraq qalacaq, çünki yüksək zirvələri atam fəth edib. Mixael Şumaxer təkcə mənim atam olduğuna görə yox, həm də bizim idmanın əfsanəsinə çevirdiyi üçün həmişə mənim qəhrəmanım olacaq. Dünyaya göz açdığım vaxtdan atamı həmişə bolidin sükanı arxasında görmüşəm. Ona görə də başqa karyera haqqında düşünmədim. Mən bu idmanı və qələbə qazanmağı sevirəm”.