- Baxış sayı: 22
- 28 Noyabr 2024 11:23
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 3-cü dövrəsinin ilk qarşılaşmasında səfərdə “Qəbələ” ilə qarşılaşacaq olan “Sumqayıt” bu oyuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi ilə doğma meydanda təbii örtüklü ehtiyat meydançasında növbəti məşqini keçirib.
Müdafiəçi Şəhriyar Əliyev bərpa keçdiyi üçün fitness zalında hazırlaşıb. 1.5 saat davam edən məşq prosesi əsasən toplu çalışmalar və müxtəlif taktiki gedişlər üzərində qurulub.
Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” qarşılaşması 3 fevral saat 14:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.