- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

AFFA-nın intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer liqasının XXVIII turunda baş verənlər müzakirə olunub.
“Səbail” – “Turan Tovuz” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. “Sumqayıt” – “Araz-Naxçıvan” matçında eyni sayda xəbərdarlıq alan meydan sahibləri də 700 manat ödəməli olacaq.
“Sumqayıt” məşqçisi Seymur Rəhimova görə də cəzalanıb. 90+2-ci dəqiqədə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə alan çalışdırıcı 2 oyun cəzalanıb, klubu 1500 manat cərimə edilib.