“Sumqayıt”da ayrılıq

“Sumqayıt” Erik Sorqa ilə vidalaşıb.

Allsport.az xəbər verir ki, estoniyalı futbolçu ilə başa çatan müqavilə uzadılmayıb.

Klub hücumçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Sorqa ötən mövsümün əvvəlindən “Sumqayıt”a gəlib və Premyer Liqanın 27, kubokun 3 matçında meydanda olub. 24 yaşlı hücumçu bu qarşılaşmalarda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan