“Sumqayıt” 5 qolluq qələbə qazandı

Topaz Premyer Liqasının 4-cü turunda doğma azarkeşləri qarşısında “Zirə” ilə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, sözügedən komanda bu oyuna hazırlıq məqsədi ilə əvəzedici komanda ilə yoxlama oyunu keçirib.

Qarşılaşma 5:3 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb. Dünən axşam fitness zalında hazırlığını davam etdirən “Sumqayıt” bu gün istirahət edəcək. Heyətdə zədəli futbolçu yoxdur. Komanda sabah “Kapital Bank Arena”da 10:30-da növbəti məşqinə çıxacaq.

Qeyd edək ki, “Sumqayıt” – “Zirə” oyunu sentyabrın 13-də “Kapital Bank Arena”da keçiriləcək.

Həmin kateqoriyadan