- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Azərbaycan kubokunun 1/4 finalının ilk oyununda “Qarabağ”la görüşəcək “Sumqayıt” klubu hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda bu gün saat 11:00-da “Kapital bank arena”da növbəti məşqinə çıxıb.
Cavid İmamverdiyev və Cavid Tağıyev zədə səbəbindən çalışmada iştirak etməyiblər. Bundan başqa, əvəzedici heyətdən 4 futbolçu – Süleyman Piriyev, Tural Bayramlı, Ramil Orucov və Elvin Nəsibov əsas komanda ilə birgə işləyib. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalar və fərdi hazırlığa üstünlük verilib.
“Qarabağ” – “Sumqayıt” matçı 11 dekabr saat 19:00-da “Azərsun arena”da keçiriləcək. Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.