“Sumqayıt” debütantla oyuna itki ilə hazırlaşır

Topaz premyer liqasının ötən turunda “Qarabağ”la qarşılaşan “Sumqayıt” 2-günlük istirahəti başa vurub. Allsport.az saytı xəbər verir ki, komanda dünən Samir Abbasovun rəhbərliyi ilə doğma stadionda məşqləri bərpa edib.

“Qarabağ”la görüşün gedişində zədə alan Rəşad Eyyubov hazırlıq prosesində iştirak etməyib. Kapitan Vurğun Hüseynov isə zədəsini tam sağaldaraq komandaya qoşulub. Bundan başqa, əvəzedici heyətdən bir neçə futbolçu məşq prosesinə cəlb edilib.

Hazırlıq ərzində müxtəlif toplu çalışmalar edilib. Məşq ikitərəfli oyunla yekunlaşıb. Qeyd edək ki, “Sumqayıt” – “Səbail” matçı aprelin 29-da “Sumqayıt arena”da keçiriləcək və saat 19:00-da start götürəcək.

Həmin kateqoriyadan