- Baxış sayı: 18
- 27 Noyabr 2024 14:26
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Sumqayıt” dövrələrarası fasilədə ilk transferini edib. Allsport.az saytı xəbər verir ki, komanda “Keşlə”nin futbolçusu Elnur Abdullayevi heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.
O, karyerası ərzində “Keşlə”dən (32 oyun, 2 qol) başqa, “Simurq” (13 oyun, 1 qol), “Xəzər Lənkəran” (114 oyun, 10 qol), “Muğan” (42 oyun, 2 qol), “Bakı” (69 oyun, 3 qol), “Olimpik” (12 oyun), “Neftçi” və “Turan” komandalarında çıxış edib.
Elnur Abdullayev 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisinin formasını geyinib.