- Baxış sayı: 32
- 10 Mart 2026 13:24
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Allsport.az xəbər verir ki, 2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən Sumqayıt klubu ilk əcnəbi futbolçu keçidini həyata keçirib.
Komanda son mövsüm Bolqarıstanın “Lokomotiv Plovdiv” klubunda çıxış etmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.
Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-nin “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv Plovdiv” klublarının şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.