- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 506
- Mart 30, 2026
- 0

1-ci divizionun öncülü olan “Sumqayıt”ın əvəzediciləri çempionatın 2-ci dövrəsinə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda Elbrus Məmmədovun rəhbərliyi ilə gündə 2 dəfə “Sumqayıt arena”nın köməkçi meydançasında məşqlərini keçir.
Toplanışda “Sumqayıt-2” 5 yoxlama oyununda qüvvəsini sınayacaq. “Kimyagərlər” yanvarın 17-də region liqası təmsilçisi “Uğur”, 24-də “Şahdağ”, 26-da 1-ci divizion klubu “Qarabağ-2”, 31-də isə “Səbail-2” ilə hazırlıq matçlarına çıxacaq. 5-ci rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.