- Baxış sayı: 24
- 26 Noyabr 2024 10:05
- Baxış sayı: 129
- Noyabr 25, 2024
- 0
Allsport.az xəbər verir ki, 2023/24 mövsümünə hazırlıqları Türkiyənin Ərzurum şəhərində davam etdirən Sumqayıt təmsilçisi daha bir futbolçu ilə müqavilə imzalayıb.
Komanda israilli yarımmüdafiəçi Roi Kahatı heyətinə cəlb edib. Klubun Ərzurumdakı düşərgəsinə qatılan futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Kahat karyerası ərzində ölkəsinin “Makkabi Təl Əviv”, “Hapoel Bir Şeva”, “Makkabi Yavne”, “Makkabi Hayfa”, “Makkabi Netanya”, həmçinin Avstriyanın “Avstriya” (Vyana) klublarında forma geyinib. 31 yaşlı futbolçunun son komandası İsrail təmsilçisi “İroni Kiryat Şmona” olub.
İsrailin bütün aşağı yaş qrupu millilərində oynamış yarımmüdafiəçi əsas yığmada da 5 matça çıxıb.