- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Bu gün “Bulvar” mehmanxanasında klublar komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, yığıncaqda Premyer liqada mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Sumqayıt”, “Kəpəz”, “Zirə” və AzAL klublarının nümayəndələri iştirak ediblər.
Sədr Fikrət Hüseynov komitənin 1 illik fəaliyyəti barədə çıxış edib. Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, sədrin səlahiyyət müddəti başa çatdığı üçün, bu vəzifəyə seçki keçirilib. Səs çoxluğu ilə “Sumqayıt” klubunun prezidenti Kamran Quliyev növbəti 1 il müddətinə sədr seçilib.