- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

“Sumqayıt” yeni mövsümünün 1-ci turu üçün hazırlıqlara start verib. Allsport.az saytı xəbər verir ki, Bolu bölgəsində keçirilmiş təlim-məşq toplanışından sonra 3 gün müddətinə istirahətə buraxılmış kollektiv, bu gün saat 18:30-da “Kapital bank arena”da məşqə çıxıb.
Əsasən toplu çalışmalar və taktiki gedişlərə üstünlük verilən məşq prosesi təxminən 1,5 saat müddətində davam edib. Qeyd edək ki, “kimyaçılar” çempionatın startınadək gündə bir dəfə olmaqla, doğma şəhərində məşqlərini davam etdirəcək.