- Baxış sayı: 6
- 27 Noyabr 2024 15:45
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Sumqayıt” premyer liqada ilk qolunu vurub. Allsport.az saytı xəbər verir ki, Aleksey Baqanın komandası 6-cı turun “Şamaxı” ilə ev oyununda fərqlənib. Meydan sahibləri 3-cü dəqiqədə Almir Aqanspahiçin penalti zərbəsi ilə hesabı açıb.
“Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarının 30 illik tarixində ilk qolunu ən gec – mövsümdəki 6-cı matçında vuran 4-cü komanda olub. Lakin sumqayıtlılar dəqiqə baxımından digər üç uğursuzu qabaqlayıb. Aqanspahiç qolunu komandası 453 dəqiqə gözləyib. Mütləq antirekord isə 2015/16 mövsümündə ilk qolunu məhz “Sumqayıt”la görüşün 90+4-cü dəqiqəsində vuran AzAL-a məxsusdur.
lk qolunu ən gec vuranlar (ən azı 5 oyundan sonra)
1. AZAL (2015/16 mövsümü) – 540-cı dəqiqə, Aleksandr Qurulu, “Sumqayıt”la oyun – 1:1
2. “Xəzər” Lənkəran (1992 mövsümü) – 471-ci dəqiqə, Məhərrəm Bağırov, “Energetik”lə oyun – 2:1
3. “Göyəzən” (2004/05 mövsümü) – 462-ci dəqiqə, Mehman Yunusov (öz qapısına), “Qarabağ”la oyun – 2:4
4. “Sumqayıt” (2022/23 mövsümü) – 453-cü dəqiqə, Almir Aqanspahiç, “Şamaxı” ilə oyun – 1:1