- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Sumqayıt” Azərbaycan premyer liqasının 2023/24 mövsümündə 12-ci heç-heçəsini edib.
Allsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bununla da öz rekordunu təkrarlayıb.
2015/16 mövsümündə də sumqayıtlılar 12 sülhə imza atıb. Ölkə çempionatları tarixinin rekordu isə 14-ə bərabərdir. Buna üç dəfə təsadüf olunub. “Neftçi” 2009/10, “Bakı” 2012/13, “Zirə” 2020/21 mövsümündə 14 dəfə bir xal qazanıb.
Qeyd edək ki, “Sumqayıt” XXXIII turun “Kəpəz”lə səfər görüşündə bərabərliklə kifayətlənib – 1:1.