- Baxış sayı: 27
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 92
- Noyabr 25, 2024
- 0
AFFA intizam komitəsi Azərbaycan premyer liqasının 2-ci turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununda baş verən neqativ hallarla bağlı qərarını açıqlayıb.
Allsport.az xəbər verir ki, ev sahibi klubu 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib.
Qarşılaşmanın 90+4-cü dəqiqəsində qonaq komandanın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun, həmçinin 24.08.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə ilə cəzalandığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə olunmaqla ümumilikdə 2 oyun cəzalanıb. Paytaxt klubu isə 1000 manat cərimə edilib.
Qeyd edək ki, ötən gün baş tutan matç “Sumqayıt”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.