- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Beynəlxalq idman arbitraj məhkəməsi “Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun şikayətinə müsbət cavab verib.
Allsport.az xəbər verir ki, bu barədə AFFA-nın oyunçuların statusu və transferi komitəsinin sabiq sədri Nailə Rüstəmzadə şəxsi feysbuk hesabından paylaşım edib.
O, mütəxəssisin məhkəmə işini udduğunu vurğulayıb. Beləliklə, klub Elnur Çodarovun 3 aylıq maaşını ödəmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, Elnur Çodarov 2021-ci ilin dekabrında “Sumqayıt”ın istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsinin davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli qaydada sözləşməyə xitam verib. AFFA-nın oyunçuların statusu və transferi Komitəsi 2022-ci il martın 17-də onu haqlı saysa da, bununla razılaşmayan “Sumqayıt”ın şikayəti bir ay sonra AFFA-nın apellyasiya arbitraj tribunalı tərəfindən təmin olunub.