- Baxış sayı: 7
- 06 Fevral 2026 10:11
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0
Bu gün premyer liqanın 31-ci turunda “Turan Tovuz” evdə “Sumqayıt”ı qəbul etdi. Allsport.az saytı xəbər verir ki, meydan sahibləri oyuna basqı ilə başlasa da, faydası olmadı.
Əvəzində, qonaqlar 2 təhlükəli vəziyyəti qola çevirdilər. Baş məşqçi Ayxan Abbasov geridönüş üçün 2 futbolçunu dəyişdi. İlk yarıda bunun faydası olmadı.
2-ci hissənin əvvəlində “göy qurdlar” irəli atıldılar və 11-metrlik cərimə zərbəsi qazanaraq, onu qola çevirdilər. Sonrakı fürsətləri “Turan Tovuz” dəyərləndirə bilmədi. Sonda əks-hücumlarda “Sumqayıt” 2 dəfə də fərqləndi – 4:1.