- Baxış sayı: 37
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Sumqayıt” klubu yeni mövsüm üçün təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, hazırlığın 2-ci mərhələsini Türkiyənin Bolu bölgəsində keçirəcək komanda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
“Kimyaçılar” iyulun 17-də superliqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. Komanda növbəti yoxlama oyununu üç gün sonra Səudiyyə Ərəbistanın əsas liqa təmsilçisi “Əl-Fateh”, ayın 23-də digər yerli klub “Sivasspor”la üz-üzə gələcək.
Komandamız son yoxlama oyununu iyulun 28-də Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Taavoun”a qarşı keçirəcək.