- Baxış sayı: 40
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Sumqayıt” klubu premyer liqasının yeni mövsümü üçün hazırlığın 2-ci mərhələsini ölkə xaricində keçirəcək. Allsport.az saytı xəbər verir ki, “kimyaçılar” baş məşqçi Samir Abasovun rəhbərliyi ilə iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində olacaq.
Komanda Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər hələ müəyyənləşməyib. Komanda Bolunun “VON Resort Hotel”ində məskunlaşacaq.