- Baxış sayı: 178
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 178
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasında IX tura yekun vurulub.
Allsport.az xəbər verir ki, turun son oyununda “Sumqayıt” “Səbail”i qəbul edib. “Kapital bank arena”dakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesab ilk hissədə açılıb. 37-ci dəqiqədə Rəhim Sadıxov cərimə zərbəsindən baxımlı qolla “gənclik şəhəri” təmsilçisini önə çıxarıb. 74-cü dəqiqədə isə Səid Rza matçda yekun hesabı müəyyənləşdirib.
63-cü dəqiqədə qonaqların hücumçusu Nikolas Raysel rəqibin müdafiəçisi Höccət Haqverdiyə başı ilə zərbə vurduğu üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.
6 oyundan sonra qələbə qazanan “Sumqayıt” xallarını 11-ə çatdıraraq, turnir cədvəlində “Səbail”i qabaqlayıb və 5-ci pilləyə yüksəlib. 9 xalı olan “dənizçilər” isə 6-cı sırada qərarlaşıb.