“Sumqayıt” “Zirə” ilə oyun üçün hazırlığa başladı

Premyer Liqanın növbəti turunda səfərdə “Zirə” ilə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu bir günlük istirahətin ardından yenidən məşqlərini bərpa edib. Allsport.az xəbər verir ki, bu gün “Kapitan Bank Arena”da səhər məşqinə çıxan komanda daha çox toplu çalışmalara üstünlük verib.

Zədəli olduğu üçün müdafiəçi Bəxtiyar Həsənalızadə fərdi məşqlərlə kifayətlənib. Qeyd edək ki, “Sumqayıt” FK oyunöncəsi sabah doğma arenada son məşqinə çıxacaq.

Nəzərinizə çatdıraq ki, “Zirə” – “Sumqayıt” oyunu noyabrın 7-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Qarşılaşma saat 18:30-da start götürəcək.

Həmin kateqoriyadan