- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Ayaqlarım hələlik sözümə baxır. Komandama kömək edə biləcəyimi düşünəndə oynayacağam”.
Allsport.az xəbər verir ki, bu fikirləri Almaniyanın həvəskarlar liqasındakı “Hicret” klubunda oynayan baş məşqçi olan Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuq “Fupa” nəşrinə açıqlamasında deyib.
32 yaşlı yarımmüdafiəçi 2012-ci ildə “Sumqayıt”a keçidini xatırlayıb. “Tus Dornberq”də çıxış edərkən “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab mənim oyunumuz izləməyə gəlmişdi. Daha sonra Azərbaycan yığmasının qapıçılarla işləyən keçmiş məşqçisi Uli Ştaynla əlaqə saxladı və mənim haqqımda məlumat topladı. Oyunumu bəyəndikləri üçün transferimin gerçəkləşməsini istədilər.
Pamuq həmin vaxt Azərbaycan millisinə cəlb olunduğunu da söyləyib: “Azərbaycan millisi Mönhenqladbaxdakı təlim-məşq toplanışına məni də dəvət etdi. Bir həftə komanda ilə hazırlıqda iştirak etdim. Baş məşqçi Berti Foqts görkəmli insan və əla mütəxəssisdir. Hətta deyərdim ki, o, mənim “Köln”ə keçidimdə vasitəçilik də edə bilərdi. Bu klub da məni istəyirdi. Amma etiraf edirəm ki, “Sumqayıt”a keçidimdə pul əsas rol oynayıb. Yeni macəra idi və təkbaşına Bakıya getdim. Lakin indiki ağlım olsaydı, “Köln”ü seçərdim. Məni Bakıda hava limanında qarşıladılar və otelə apardılar. Mənzilim hələ hazır deyildi. İlk vaxtlar dil problemi ilə də üzləşdim. Amma 6 aydan sonra bu da aradan qalxdı”.
O, 2013-cü ildə “Xəzər Lənkəran” klubuna keçidi barədə də danışıb: “Xəzər Lənkəran” Almaniyada “Bavariya”, İngiltərədə “Liverpul” kimi klub idi. Mövsümün əvvəlində yoldaşlıq görüşlərində vurduğum qollarla diqqət çəkdim. Lakin çempionatın startına bir həftə qalmış ciddi zədə aldım və altı ay yaşıl meydanlardan kənarda qaldım. Yenidən formamı bərpa etdiyim zaman da avtomobil qəzasına uğradım. Başa düşdüm ki, həyat yoldaşım, oğlum və ailəm mənim üçün daha vacibdir”.
Uğur Pamuq Azərbaycan millisinin heyətində yalnız 2012-ci ildə Andorra ilə yoldaşlıq matçında meydana çıxıb. Həmin qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.