- Baxış sayı: 100
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Sumqayıt” Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığa start verir. Allsport.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün – yanvarın 5-dən etibarən təlim-məşq toplanışının birinci mərhələsinə start verəcək.
Komanda saat 14:00-da “Kapital Bank Arena”da yeni ildə ilk məşqinə çıxacaq. Sumqayıtlılar hazırlıq mərhələsinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq 2 yoxlama oyununun tarixi məlumdur. Komanda yanvarın 9-da saat 11:00-da doğma meydanda “Şərurspor”u qəbul edəcək. Həmin gün saat 16:00-da isə “Sumqayıt” səfərdə AzAL-la qarşılaşacaq.