- Baxış sayı: 156
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 156
- Dekabr 05, 2025
- 0

“Qarabağ” premyer liqanın 22-ci turunda səfərdə “Sumqayıt”a 3:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Bu şəhərdə oynamaq həmişə bizim üçün xoşdur. “Sumqayıt”ın özəl azarkeşləri var. Bura böyük böyük istək və ehtiyatla gəlirik. Rəqibin son 6 oyunda qələbəsi yox idi.
Gözləyirdik ki, istəksiz olarlar, amma ilk dəqiqələrdən əksini gördük. Hesab 3:0 olsa da, yaxşı dinamika oldu. Futbolçularımız bu oyunda çox şey qazandılar.
Bu gün Sumqayıta xeyli azarkeşimiz gəlmişdi. Fürsətdən istifadə edib, onlara möhtəşəm dəstəkləri üçün təşəkkür edirəm”.