- Baxış sayı: 47
- 12 Fevral 2026 23:16
- Baxış sayı: 26
- Fevral 12, 2026
- 0

“Sumqayıt” 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.
Allsport.az xəbər verir ki, “kimyaçılar” son olaraq Trnava “Spartak”ında çıxış etmiş hücumçu Sedrik Badolonu heyətinə qatıb.
28 yaşlı Burkina Faso millisinin üzvü ilə 2026/27 mövsümünün sonunadək + 1 il şərtiylə anlaşma əldə olunub.
Sedrik Badolo karyerası ərzində “Spartak” ilə yanaşı vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.