- Baxış sayı: 29
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Sumqayıt” ölkə çempionatının 2018/19 mövsümünün 2 ilk edib. Allsport.az saytı xəbər verir ki, 2-ci turda “Sabah”la qarşılaşan Nazim Süleymanovun komandası ilk əzmkar qələbənin müəllifi olub. 4 qol vuraraq qalib gələn sumqayıtlılar həm də səfərdə böyükhesablı qələbə qazanıb.
Cari mövsümün əvvəlki görüşlərində heç bir komanda rəqib meydanında 3 və ya daha çox top fərqilə qalib gəlməmişdi. Bu nəticə həm də “Sabah”ın debüt mövsümünü keçirdiyi premyer liqada ilk böyükhesablı məğlubiyyətidir. Sumqayıtın eyniadlı təmsilçisi isə yubiley – 5-ci belə qələbəsini bayram edib.
Bundan əlavə, “Sumqayıt” səfərdə 100-cü qolunu vurub. “Əlincə Arena”da oyunadək ölkə çempionatının yüksək dəstəsində keçirdiyi 112 qarşılaşmada 99 dəfə sevinən “Gənclik şəhəri” təmsilçisinin yubiley qoluna Nicat Qurbanov imza atıb. 19-cu dəqiqədə hesabı bərabərləşdirən futbolçu klub tarixinə 100-cü səfər qolunun müəllifi kimi düşüb.