- Baxış sayı: 21
- 27 Noyabr 2024 21:49
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqanda cari mövsüm başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Sumqayıt” çempionatda 22 xal toplayaraq, 6-cı pillədə bitirib. Bunun ilk yarısında klubumuzu Ayxan Abbasov çalışdırıb. 15-ci turdan isə komanda belarusiyalı mütəxəssis Aleksey Baqaya həvalə edilib.
“Kimyaçılar” arxada qalan 28 qarşılaşmada 5 qələbə qazanıb, 7 heç-heçə edib və 16 dəfə yenilib. Bu oyunlarda komanda 22 qol vurub və qapısından 46 top buraxıb.
28 turda əsas komandada ümumilikdə 29 futbolçu çıxış edib. Arxada qalan mövsümdə “Sumqayıt” FK-nın heyətində ən çox forma geyinmiş futbolçular – Rüfət Abdullazadə (27 oyun, 1531 dəq.), Höccət Haqverdi (25 oyun, 2250 dəq.), Vüqar Mustafayev (25 oyun, 2202 dəq.) və Cəmaləddin Xocaniyazov (25 oyun, 2111 dəq.) olub.