- Baxış sayı: 178
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 178
- Dekabr 05, 2025
- 0

AFFA apellyasiya arbitraj tribunalı “Sumqayıt” klubunun şikayətinə baxıb.
Allsport.az xəbər verir ki, qurum “gənclik şəhəri” təmsilçisinin şikayətini təmin etməyib.
AFFA intizam komitəsinin oktyabrın 29-da Murad Xaçayev haqqında verdiyi qərar qüvvədə saxlanılıb.
Murad Xaçayev Azərbaycan premyer liqasının 8-ci turunda səfərdə “Sabah”a 0:3 hesabı ilə uduzduqları matçında “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib.