“Sumqayıt”ın futbolçusu Rauf Əliyevi xəstəxanalıq etdi

“İnter”in hücumçusu Rauf Əliyev bu gün Premyer Liqanın 32-ci turunda “Sumqayıt”a qarşı keçirilən matçın son dəqiqələrində ağır zədə alıb. Allsport.az xəbər sayt verir ki, matça əlavə olunan dəqiqələrdə rəqibin cərimə meydançasında müdafiəçi Cəmil Hacıyevin ayaqla zərbəsi onun başına tuş gəlib.

Nəticədə, Rauf huşsuz şəkildə cərimə meydançasında yerdə qalıb. Dərhal qazona təcili yardım maşını gətirilib. Hücumçu təcili şəkildə xəstəxanaya aparılıb. Hələlik, onun vəziyyətinin nə dərəcədə ciddi olduğu bilinmir.

Qeyd edək ki, bu epizoda görə rəqin oyunçu qırmızı vərəqə ilə meydandan qovulub və “Sumqayıt”ın qapısına penalti təyin olunub. 11-metrlik cərimə zərbəsini yerinə yetirən Nika Kvekveskirinin zərbəsini qapıçı dəf etsə də, gürcü yarımmüdafiəçi təkrar cəhddə komandasını məğlubiyyətdən xilas edib – 2:2.

Həmin kateqoriyadan