- Baxış sayı: 5
- 27 Noyabr 2024 10:32
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Oğurluğa görə saxlanılan “Sumqayıt”ın futbolçusu Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib. Allsport.az saytı xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində hakim Vladimir Ruvinovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb.
Təqdimat təmin edilib və Sumqayıtda 695 metr hava rabitə kabelini oğurlamaqda təqsirləndirilən şəxslər – Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və Nurlan Paşayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Dünən axşam futbolçu Nicat Muxtarovun sərbəst buraxılması haqda xəbərlər yayılsa da, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunu təkzib edib.